Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86ÖZƏL BÖLÜM
2444
04.02.2025, 13:50
Bakının Səbail rayonunda bağlanan poçt şöbəsi qalmaqala səbəb olub.
Bu barədə Oxu24.com-a ərazidə yaşayan sakinlər məlumat verib.
Məlumata görə,Səbail rayonu,20-ci sahə adlanan ərazidə ,Salyan yolu 10/23 ünvanında yerləşən 23 saylı poçt şöbəsinin qeyri-müəyyən səbəbdən bağlanması narazılıq yaradıb.
Uzun müddətdir ki, sözügedən poçt şöbəsi həmin ünvanda fəaliyyət göstərib. Ərazidə əhalinin sıx məskunlaşmasını nəzərə alsaq, poçt şöbəsinin bağlanması həqiqətən də o ərazidə yaşayan sakinlərin çətinlik çəkməsinə səbəb olacaq.
Poçt şöbəsinin üzərində müvəqqəti təmirə bağlanır lövhəsi asılsa da, orada heç bir təmir işləri görülmür. Sakinlər isə başqa söz deyir.
Vətəndaş Ellada Bayramovanın sözlərinə görə,sözügedən poçt şöbəsi burada 50 ildən artıqdır ki, fəaliyyət göstərir.
“Burada əhali sıx məskunlaşıb.Hər kəs də bu poçt şöbəsindən istifadə edir. 1 aydan artıqdır ki, buranı təmir adı ilə bağlayıblar. Deyirlər ki, guya bina qəzalı vəziyyətdədir.Bina qəzalı vəziyyətdədirsə,içərisində əməkdaşlar niyə oturub? Onlar nə iş görür orada?Üstəlik,qəzalı vəziyyətdə olan binanın üstündə uşaq bağçası ,yanında uşaq dərnəyi olarmı? Hazırda həmin uşaq bağçası və dərnək işlək vəziyyətdədir.”,- deyə sakin bildirib.
Yerli sakinlərdən aldığımız məlumata görə, poçt şöbəsinin bağlanmasına səbəb kimi binanın elektrik xətlərində olan problem göstərilir.
Ərazidə yaşayan vətəndaşlar onlara xidmət üçün təklif olunan poçt şöbəsinin uzaqda yerləşməsini və onlar üçün əlverişsiz olduğunu bildiriblər.
Həmçinin oxuyun
“Bizi Badandarda yerləşən 4 saylı poçt şöbəsinə yönləndirirlər. Ora isə bizdən uzaqdır.Öz poçtumuz olduğu halda, niyə bu qədər məsafə qət edib,ora getməliyik?”,-deyə sakinlərdən biri əməkdaşımıza bildirib.
Oxu24.com-un əməkdaşı vətəndaşların narazılığı ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinə sorğu ünvanlayıb.
Şöbənin müdiri Afaq İbrahimovanın sözlərinə görə, poçt şöbəsinin inzibati binası hazırda istismara uyğun deyil.
“Nəzərinizə çatdırmaq istəyirik ki, Səbail rayonu, Salyan yolu 10/23 ünvanında fəaliyyət göstərən AZ1023 indeksli poçt şöbəsinin inzibati binası hazırda istismara uyğun deyil.
Belə ki, binada elektrik xətləri və kanalizasiya sistemi istifadəyə yararsız olmaqla yanaşı, həm də qəzalı vəziyyətdədir. Məntəqədə tez-tez qısa qapanmalar müşahidə olunur, eləcə də subasmalar baş verir. Şöbədə elektrik xətlərində yaranan qısaqapanma yanğın təhlükəsi yaradır ki, bu da şöbədə xidmət göstərən əməkdaşlar üçün, eləcə də xidmət alan vətəndaşlar həyatını təhlükəyə atmaq, o cümlədən xidmət keyfiyyətinin çox ciddi şəkildə aşağı düşməsi deməkdir”,-deyə Afaq İbrahimova bildirib.
“Azərpoçt”un sözçüsü həmçinin sözügedən poçt şöbəsinin bağlanmayacağını da vurğulayıb.
“Bütün bunlar nəzərə alınaraq, məhz həmin inzibati binada poçt şöbəsinin vətəndaşlara xidmət göstərilməsi müvəqqəti dayandırılıb. Xidmətlərin icrası yaxınlıqdakı digər AZ1004 indeksli şöbəyə həvalə edilib və bu barədə məlumat əhali ilə paylaşılıb.
Şöbənin fəaliyyətinin müvəqqəti dayandırılması isə onun bağlanması demək deyil. Hazırda paralel olaraq binada cari təmirin həyata keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, əməkdaşların daha yaxşı şəraitdə çalışması və vətəndaşlara keyfiyyətli xidmətin göstərilməsi üçün həmin poçt şöbəsinin fəaliyyətinin digər məkanda davam etdirilməsi imkanları da tərəfimizdən araşdırılır.”,- deyə O, bildirib.
Miri Məcidli
15:22 / 22 Aprel 2025
Suriya hakimiyyəti ABŞ-ın xəbərdarlığına cavab verib
1
15:08 / 22 Aprel 2025
İnstagramda "Fatimə" ilə tanış olub evə getdilər — Başlarına bu oyun gəldi
60
15:06 / 22 Aprel 2025
Kapital Bank Özbəkistanın ən böyük İT ekosistemi ilə tərəfdaş olub
11
14:48 / 22 Aprel 2025
Şantaja görə tutulan şəxslərin şok əməlləri üzə çıxdı — FOTO
301
14:34 / 22 Aprel 2025
Pələng kişini parçaladı
28
14:29 / 22 Aprel 2025
Çin kosmosa yeni ekipaj missiyası göndərəcək
24
14:27 / 22 Aprel 2025
Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin 140-dan çox rayonda cəmləşdiyi ərazilərə zərbələr endirib
25
14:00 / 22 Aprel 2025
Çaydan tapılan kitabların və əlyazmaların müəllifi tapıldı - FOTO
42
13:59 / 22 Aprel 2025
Avropa ABŞ üçün Ukrayna ilə bağlı qırmızı xətlər çəkir
32
13:57 / 22 Aprel 2025
Ruben Vardanyanın məhkəməsində mina partlayışı zamanı xəsarət almış şəxslər ifadə verirlər
58
13:44 / 22 Aprel 2025
Suriyanın yeni hakimiyyət orqanları İslami Cihad liderlərini həbs edib
85
13:44 / 22 Aprel 2025
Fransanın xarici işlər naziri Putinin Trampı razı salmaq cəhdi haqqında danışıb
35
13:42 / 22 Aprel 2025
Sumqayıtda parkda meyit tapılıb
37
13:29 / 22 Aprel 2025
Baş nazir qərarlar imzaladı
337
13:25 / 22 Aprel 2025
Reklam zamanı bunlar qadağan edilir
37
13:04 / 22 Aprel 2025
SON DƏQİQƏ! Məhkəmə bu dəqiqələrdə Şərurlu İsfəndiyar barədə qərar çıxardı
795
12:59 / 22 Aprel 2025
İsrailin Livanda xüsusi əməliyyatı: Yaraqlı səhra komandiri öldürüldü
39
12:57 / 22 Aprel 2025
Həmin sərnişin 200 manat cərimə edildi - Video
117
12:56 / 22 Aprel 2025
Taleh Kazımovdan - Yeni təyinatlar
46
12:50 / 22 Aprel 2025
Yaponiya Ukraynaya peyk şəkilləri verməyə razılaşıb
46
12:22 / 22 Aprel 2025
Pənah Rüstəm vəfat edib
362
12:20 / 22 Aprel 2025
Sabah hava necə olacaq?
53
12:01 / 22 Aprel 2025
Zelenski dəfnə gedir
54
11:58 / 22 Aprel 2025
Trampdan şok açıqlama: Yaxın 3 gündə nə olacaq?
119
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.